azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirir

02-09-2025

Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirir

Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, avqust ayı ərzində nazirliyin İnsan resursları idarəsi, Notariat, qeydiyyat və reyestr baş idarəsi və İcra xidmətinin rəhbərliyi tərəfindən Şəki, Şirvan, İmişli, Xaçmaz, Göyçay, Lənkəran, Bərdə, Şəmkir və Gəncə regional ədliyyə idarələri ilə birlikdə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.

Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbullarda nazirliyin fəaliyyət istiqamətləri üzrə 34 vətəndaşın müraciəti dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, həmçinin vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930