azturkxeber.az
http://azturkxeber.az

“Yaşıl enerji məkanı” Alt İşçi qrupunun növbəti iclası keçirilib

01-09-2025

“Yaşıl enerji məkanı” Alt İşçi qrupunun növbəti iclası keçirilib

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanması məqsədilə görülən işlər çərçivəsində yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib.

Energetika Nazirliyindən bildirilib ki, energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə keçirilmiş iclasda Strategiya layihəsinin hazırlanması üzrə görülmüş işlər, təklif olunan fəaliyyət istiqamətləri və tədbirlər barədə məlumat verilib. “Yaşıl enerji məkanı” məqsədi üzrə ekspertlər qrupu tərəfindən hazırlanmış hədəf göstəricilərinə, fəaliyyət istiqamətlərinə və tədbirlərə dair ilkin təkliflər nəzərdən keçirilib, icra ediləcək tədbirlərin yekun variantının Alt İşçi qrupunun növbəti iclasına qədər təqdim olunması qərara alınıb.

Qeyd edək ki, “Yaşıl enerji məkanı” Alt İşçi qrupu Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamına əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930