Türkiyə iqtisadiyyatı 4,8 faiz böyüyüb
Cari ilin II rübündə Türkiyə iqtisadiyyatı 4,8 faiz artıb.
Statistika qurumunun hesablamalarına əsasən, ölkədə bu istiqamətdə davam edən artım artıq 20 rübdür davam edir.
Məlumatda bildirilib ki, rüb ərzində artım faiz hesabı ilə inşaat sektorunda 10,9, informasiya və rabitə fəaliyyətində 7,1, sənayedə 6,1, ticarət, nəqliyyat, yerləşdirmə və iaşə xidmətlərində 5,6, peşəkar, inzibati və dəstək xidmətləri fəaliyyətində 5,4, məhsul üzərində vergilər mənfi subsidiyalarda 3,0, maliyyə və sığorta fəaliyyətində 2,6, daşınmaz əmlakda 2,6, digər xidmətlərdə isə 2,1 olaraq hesablanıb. Azalmalar isə kənd təsərrüfatı (3,5 faiz), dövlət idarəçiliyi, təhsil, səhiyyə və sosial xidmət fəaliyyətində (1,2 faiz) qeydə alınıb.