Son iki gündə 31 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Avqustun 30-da və 31-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 31,2 kiloqrama yaxın narkotik vasitə və 2 min 450 ədəd psixotrop tərkibli həb aşkarlanaraq məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bu sahədə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: