Misirdəki Britaniya səfirliyi bağlanıb
Böyük Britaniyanın Qahirədəki səfirliyi müvəqqəti bağlanıb.
Bu barədə Britaniya diplomatik missiyasının “Facebook” səhifəsində məlumat verilib.
Buna səbəb Misir hakimiyyətinin səfirliyin mühafizəçilərini geri çağırması olub.
“Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Böyük Britaniyanın Qahirədəki səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkmək qərarına gəlib. Bunun fonunda, səfirlik binasının vəziyyət dəyişənə qədər bağlanması qərara alınıb”, - məlumatda deyilir.
Misir rəsmiləri hadisə ilə bağlı hələlik şərh verməyib.