Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.
Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 33-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 25-nə təyin olunmuş iclasında baxılacaq.