azturkxeber.az
http://azturkxeber.az

Boksçularımız Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq

01-09-2025

Sentyabrın 2-də Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. Şokır Beltekulının xatirəsinə keçiriləcək və 5 gün davam edəcək A kateqoriyalı ənənəvi yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Turnirdə məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında rinqə Zəlimxan Süleymanov (55 kq), Məhəmməd Aşırəliyev, Elbrus Adıgözəlov (hər ikisi 60 kq), Malik Həsənov, Ruslan Rüstəmov (hər ikisi 65 kq) və Nicat Əlirzayev (70 kq) çıxacaqlar.

Qeyd edək ki, bu gün səfərə yollanan komandamız sentyabrın 7-də Bakıya qayıdacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930