azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq forumda Azərbaycan multikulturalizmindən bəhs olunub

01-09-2025

Venesiya Film Festivalı çərçivəsində “Birləşdirən bağlar: Anlaşmaya və insan qardaşlığına səyahət” mövzusunda Forum keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, İnsan Qardaşlığının Ali Komitəsinin (HCHF) Daha Yaxşı Dünya Fondu (BWF) ilə birgə təşkil etdiyi Forum diplomatları, qlobal liderləri və incəsənət xadimlərini bir araya gətirib.

Tədbirdə kino və mədəniyyətin fərqliliklərin aradan qaldırılmasında oynadığı rol müzakirə olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Forumda məruzə ilə çıxış edib. Forumun İnsan Qardaşlığı Ali Komitəsinin baş müşaviri Malayziya Universitetinin dosenti Herizal Hazrinin moderatorluğu ilə keçən panelində Rəvan Həsənovla yanaşı, UNESCO-nun elm, texnologiya və sahibkarlıq üzrə xoşməramlı səfiri, Malinin sabiq icraçı baş naziri Çeyk Modibo Diarra, Sülh üzrə Nobel Laureatlarının Dünya Sammitinin Daimi Katibliyinin sədri Yekaterina Zagladina, Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Ketevan Bochorishvili də çıxış ediblər.

Rəvan Həsənov məruzəsində Azərbaycanın multikulturalizm sahəsindəki təcrübələrini təqdim edib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələrdən danışıb. O vurğulayıb ki, Mərkəz Azərbaycanın multikultural dəyərlərini və cəmiyyətlərarası əməkdaşlığı təşviq edən beynəlxalq təşəbbüslərdə fəal iştirak edir, müxtəlif mədəniyyətlərin qarşılıqlı anlaşmasını və sosial harmoniyanı gücləndirmək məqsədilə layihələr həyata keçirir.

İcraçı direktor qeyd edib ki, Forumun Venesiya Film Festivalı çərçivəsində təşkil olunması incəsənətin və mədəniyyətin qlobal səhnədə birləşdirici gücünü, kinonun mədəniyyətlərarası dialoqun gücləndirilməsi və qlobal əməkdaşlıq üçün böyük bir vasitə olduğunu bir daha vacib edir.

Məruzə maraqla qarşılanıb və müxtəlif suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930