azturkxeber.az
http://azturkxeber.az

Balıqçılıq subyektlərində epizootoloji monitorinqlər keçiriləcək

01-09-2025

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə oktyabrın 6-11-də balıqların infeksion və invazion xəstəliklərinə dair epizootoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə 16 balıqçılıq subyektində monitorinq keçiriləcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, monitorinq çərçivəsində balıqların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlara ümumi baxış keçirməklə, maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Əldə olunan məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.

Tədbirlər zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930