Azərbaycanın iki paragüllə atıcısı dünya çempionatına lisenziya qazanıb
Azərbaycanın paragüllə atıcıları Kamran Zeynalov və Aybəniz Babayeva dünya çempionatına lisenziya qazanıblar.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, onlar buna Serbiyanın Novi Sad şəhərində keçirilən Beynəlxalq Qran-Pridə uğurlu çıxış etmələri ilə nail olublar.
10 metr məsafədən atəş açmada (P1) K.Zeynalov qızıl medal qazanıb, 50 metr məsafədə (P4) isə 4-cü yeri tutub. “Paris-2024” Yay Paralimpiya Oyunlarının iştirakçısı olan Aybəniz Babayeva isə yarışı müvafiq olaraq, 4-cü və 8-ci pillələrdə başa vurub.
Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin 3-14 sentyabr tarixlərində Cənubi Koreyanın Çhanvon şəhərində keçiriləcək.