azturkxeber.az
http://azturkxeber.az

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi: Naxçıvan mühüm logistika mərkəzinə çevriləcək

01-09-2025

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi: Naxçıvan mühüm logistika mərkəzinə çevriləcək

Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın qarşılıqlı səyləri nəticəsində biz sülh və normallaşma prosesində yeni mərhələyə qədəm qoymuşuq. Bu dövr Azərbaycan və Ermənistan arasında tammiqyaslı normallaşma, eyni zamanda bütün regionun inkişafı üçün yeni imkanlar yaradır. Naxçıvan çox mühüm strateji zonadır. Burada uzun illər bağlı qalmış yolların açılması təkcə Azərbaycan və Ermənistana deyil, bütün region ölkələrinə fayda verəcək. Bu, kommunikasiya və regional əlaqələrin inkişafı baxımından olduqca vacibdir.

Bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Naxçıvana səfərinin məqsədini şərh edərkən deyib.

Onun sözlərinə görə, Naxçıvan Avropa və Asiya qitələri arasında yerləşən qlobal infrastruktur marşrutunun tam mərkəzində qərarlaşdığı üçün gələcəkdə mühüm logistika mərkəzinə çevriləcə: “Əlbəttə, Naxçıvan mühüm strateji əhəmiyyətə malik bir ərazidir və burada bir çox əsas kommunikasiya xətləri və yolları kəsişir. Təəssüf ki, bu yolların bir çoxu uzun illərdir bağlı vəziyyətdədir və onlar eyni zamanda keçmiş münaqişənin bir hissəsini təşkil edib. Regionda kommunikasiya imkanları məhdud olub. Hesab edirəm ki, hazırda bu yolların açılması və ümumilikdə nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı bütün region ölkələrinə fayda verəcək. Məhz bu kontekstdə biz buradayıq. Həm yolların açılması, həm də Avropa ilə Asiya – o cümlədən Orta Asiya ölkələri – arasında əlaqələrin qurulması və genişləndirilməsi bizim üçün prioritet məsələlərdəndir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930