azturkxeber.az
http://azturkxeber.az

Abşeronda polis əməliyyatlar keçirib - 5 kq narkotik vasitə aşkarlanıb

01-09-2025

Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib. Tədbirlər zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı Nizami Hüseynov, 24 yaşlı Azər Məmmədov, 51 yaşlı Hikmət İsmayılov, həmçinin əvvəllər məhkum olunmuşlar - 42 yaşlı Balaqardaş Hacıyev və 34 yaşlı Həmid Mahmudov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 5 kiloqrama yaxın psixotrop maddə metamfetamin, müxtəlif adda narkotik vasitə, 54 ədəd güclü təsiredici hesab edilən pregabalin həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzilər aşkarlanıb.

Saxlanılanlar sosial şəbəkələrdə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930