azturkxeber.az
http://azturkxeber.az

Paytaxt sakini itkin düşüb

18-08-2025

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, Nəsimi rayonu sakini 51 yaşlı İlham Səfərov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

İ.Səfərovun əlamətləri: boyu 161 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində idman üslublu, tünd boz rəngli şalvar və açıq boz rəngli idman köynəyi olub. Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin (012) 441-23-80, (012) 440-02-02 şəhər nömrələri və (050) 339-03-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031