azturkxeber.az
http://azturkxeber.az

BDYPİ sürücüləri sükan arxasında telefondan istifadə etməməyə çağırır

18-08-2025

BDYPİ sürücüləri sükan arxasında telefondan istifadə etməməyə çağırır

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Müraciətdə bir daha xatırladılır ki, sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir. Həmin vərdiş təkcə qayda pozuntusu deyil, həm də özünü və başqalarını bilə-bilə təhlükəyə atmaqdır. Mobil telefondan istifadənin yaratdığı əsas təhlükələr isə aşağıdakılardır:

Diqqətin yayındırılması – Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır;

Reaksiyanın ləngiməsi – Telefon sürücünün reaksiyasını 2–3 dəfə gecikdirir. Bu isə qəfil əyləc və ya manevr imkanlarını minimuma endirir;

Nəzarətin itməsi – Telefonla məşğul olan sürücü zolaqdan çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün qiymətləndirmir.

“Hörmətli sürücülər! Unutmayın ki, bir zəng və ya bir mesaj heç vaxt insan həyatından vacib ola bilməz. Sizin məsuliyyətli davranışınız hər kəsin təhlükəsizliyinə təminat verir”, - deyə müraciətdə vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031