azturkxeber.az
http://azturkxeber.az

Astarada qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

18-08-2025

Astarada qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Avqustun 17-də Astara rayonunun Suparibağ kəndi ərazisində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan bildirilib ki, araşdırma zamanı 2004-cü il təvəllüdlü Vüsal Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı 1959-cu il təvəllüdlü İskəndər Məmmədova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Vüsal Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031