azturkxeber.az
http://azturkxeber.az

ADAU-da Türkiyə universitetləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

18-08-2025

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Görüş zamanı tərəflər iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, xüsusilə təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Rektor Zəfər Qurbanov ADAU-nun beynəlxalq əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edib. O, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə qarşılıqlı layihələrin həyata keçirilməsinin universitet üçün prioritet olduğunu bildirib.

Görüş çərçivəsində səfir Birol Akgün Azərbaycan Xalq Cümhuriyyəti muzeyini ziyarət edib. Muzeydə təqdim olunan eksponatlarla tanış olan səfir Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin qorunub saxlanılmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini xüsusi vurğulayıb.

Sonda Birol Akgün muzeyin xatirə kitabına ürək sözlərini yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031