azturkxeber.az
http://azturkxeber.az

“Breyn-rinq” yarışının finalında Şəki-Zaqatala bölgəsini “Zəfər” komandası təmsil edəcək

15-08-2025

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə qurumun və onun yerli bölmələrinin arasında keçirilən “Breyn-rinq” intellektual yarışının Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə yerli turunun qalibi müəyyənləşib.

İdarədən bildirilib ki, Şəki şəhər R.Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan yarışın əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İntellektual yarışda hər biri 6 nəfərdən ibarət olan 4 komanda mübarizə aparıb. Maraqlı və gərgin keçən oyunun sonunda “Zəfər” komandası qalib gələrək yarışın final mərhələsində Şəki-Zaqatala Regional Təhsil İdarəsini təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, layihənin məqsədi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və onun yerli bölmələri arasında komanda quruculuğunun möhkəmləndirilməsi, əməkdaşlar arasında ünsiyyətin və əməkdaşlıq ruhunun gücləndirilməsidir. Yarışın yekun mərhələsində Agentliyin və 13 yerli bölmənin qalib komandaları mübarizə aparacaqlar. Yekun nəticələrə əsasən, finalda ilk üç yeri tutan komandalar xüsusi mükafatlarla təltif olunacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031