azturkxeber.az
http://azturkxeber.az

PSJ UEFA Superkubokunun sahibi olub

14-08-2025

PSJ UEFA Superkubokunun sahibi olub

UEFA Superkubokunun qalibi bəlli olub.

Titulun sahibi Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilən oyundan sonra müəyyənləşib.

İtaliyanın Udine şəhərində yerləşən "Friuli" stadionunda təşkil olunan matçın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn PSJ Superkubokun qalibi adını qazanıb.

Matçı portuqaliyalı baş hakim Joau Pineyru idarə edib. Görüşün dördüncü hakimi isə azərbaycanlı FIFA referisi Elçin Məsiyev olub.

Qeyd edək ki, PSJ ötən mövsüm Çempionlar Liqasını, "Tottenhem" isə Avropa Liqasını qazanmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031