azturkxeber.az
http://azturkxeber.az

Tələbə qəbulunun I mərhələsində müraciət edənlərin sayı 36 mini ötüb

12-08-2025

Tələbə qəbulunun I mərhələsində müraciət edənlərin sayı 36 mini ötüb

2025/2026-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsinə yekun vurulub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, iyulun 22-dən avqustun 11-dək 36 min 278 nəfərdən 123 min 930 müraciət daxil olub.

Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər.

Müsabiqənin nəticələrinin avqustun 16-da elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, “Şəxsi kabinet” bölməsində də yer alacaq.

Peşə təhsili pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin avqustun 26-dan sentyabrın 2-dək aparılması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031