azturkxeber.az
http://azturkxeber.az

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq məhsul satılıb

12-08-2025

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq məhsul satılıb

2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq, o cümlədən 19,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

2025-ci ilin yanvar-iyul aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar üzrə 1 faiz, bazar və yarmarkalarda isə 4,3 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 489,6 manatlıq, o cümlədən 268,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 220,9 manatlıq qeyri-ərzaq malları alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031