azturkxeber.az
http://azturkxeber.az

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə kadrlar hazırlanır

12-08-2025

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində 8 kafedra (Psixologiya, Sosial və pedaqoji psixologiya, Gender və tətbiqi psixologiya, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq, Fəlsəfə, Pedaqogika və Sosial iş kafedraları), 2 elmi-tədqiqat laboratoriyası və “İNKİŞAF” respublika elmi-praktik mərkəzi fəaliyyət göstərir.

BDU-dan bildirilib ki, Sosial elmlər və psixologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır.

Psixologiya ixtisası üzrə məzunlar praktik psixoloq kimi həm orta məktəblərdə, həm də müxtəlif psixoloji mərkəzlərdə, eləcə də ekstremal şərait zamanı psixoloji xidmətin göstərilməsi zərurəti yaranan xüsusi qurumların struktur bölmələrində işləyə bilərlər.

Sosiologiya ixtisası üzrə məzunlar ictimai rəyin öyrənilməsi, sosioloji tədqiqatların aparılması, müvafiq sosial proqnozların hazırlanması, sosial informasiyaların təhlili və s. istiqamətlərdə müxtəlif mərkəz və qurumlarda çalışa bilərlər.

Fəlsəfə ixtisası üzrə məzunlar müvafiq tədqiqat müəssisələrində, özəl və dövlət qurumlarında çalışa, ali təhsil müəssisələrində və kolleclərdə müəllim, elmi-tədqiqat institutlarında elmi işçi, hökumət orqanlarında, müxtəlif nazirliklərdə, icra hakimiyyəti orqanlarında, humanitar sahələrlə bağlı yaradılan qurumlarda, analitik təhlil bacarığı tələb edən sahələrdə məsləhətçi kimi işləyə bilərlər. Eyni zamanda, təşkilati-inzibatçılıq işlərində dövlət qulluqçusu kimi də fəaliyyət göstərə bilərlər.

Sosial iş ixtisası üzrə məzunlar əhalinin aztəminatlı təbəqələrinin sosial problemlərinin müəyyən edilməsi və onlara müvafiq köməyin göstərilməsi, eləcə də risk qrupuna daxil olan insanlarla lazımi sosial işin aparılması istiqamətində işləyə bilərlər.

Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə məzunlar təhsilin müxtəlif səviyyələrində psixoloji xidmətin həyata keçirilməsi istiqamətində müxtəlif təhsil müəssisələrində işlə təmin oluna bilərlər.

Xüsusi pedaqogika ixtisası üzrə məzunlar inklüziv təhsil sahəsində fəaliyyət göstərməklə sağlamlıq imkanları məhdud şəxslərdə müxtəlif qüsurların aradan qaldırılması, yeni bacarıq və vərdişlərin formalaşdırılması, eləcə də onların cəmiyyətə adaptasiyasının təmin edilməsinini həyata keçirirlər. Onlar xüsusi məktəblərdə, müəssisələrdə işlə təmin oluna bilərlər.

Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031