Bağçalara uşaqların qeydiyyatı davam edir: 32 min 371 nəfərin sorğusu təsdiqlənib
2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesinə iyulun 18-dən başlanılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, indiyədək ölkə üzrə 32 min 371 nəfərin sorğusu təsdiqlənib, 4104 nəfər uşağın sorğusu isə təsdiq gözləyir.
2025-2026-cı tədris ilində ölkə üzrə 1669 məktəbəqədər təhsil müəssisəsinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Artıq uşaqların 70 faizi məktəbəqədər təhsil müəssisələrinə yerləşib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: