azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda bağça infrastrukturu genişləndirilir

12-08-2025

Azərbaycanda bağça infrastrukturu genişləndirilir

2025-2026-cı tədris ilindən etibarən paytaxtın Yasamal rayonu 351, eləcə də Naftalan rayonu 2 nömrəli məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə start veriləcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, cari ilin may-iyul aylarında Masallı rayonunun Ərkivan qəsəbə 2 nömrəli və Cəbrayıl şəhəri körpələr evi-uşaq bağçası da istifadəyə verilib.

Qeyd edilən təhsil müəssisələri üzrə 255 uşağın məktəbəqədər təhsilə cəlb olunması gözlənilir. Bu istiqamətdə işlər davam etdirilir. Növbəlilik və prioritetlik prinsipi əsasında yeni məktəbəqədər təhsil müəssisələri inşa edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031