azturkxeber.az
http://azturkxeber.az

İpək Yolu Mətbəx İrsi: Zooarxeologiya və arxeobotanikaya giriş - seminar

11-08-2025

Qırğızıstanda “İpək Yolu Mətbəx İrsi: Zooarxeologiya və arxeobotanikaya giriş” adlı beynəlxalq seminar-təlim keçirilib. Tədbir Qırğızıstan Milli Elmlər Akademiyasının Tarix və Mədəni İrs İnstitutu və Yaponiyanın Teikyo Universiteti nəzdində fəaliyyət göstərən Mədəni İrs Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Seminarda institutun əməkdaşları Ülviyyə Səfərova, Nərmin Məmmədli və Ülkər Allahverdiyeva iştirak ediblər. Təlim proqramına arxeobotanika və zooarxeologiya sahələrində nəzəri və praktiki məşğələlər daxil olub. Arxeobotanika üzrə iştirakçılar flotasiya üsulu ilə nümunələrin yuyulması və mikroskop altında toxumların seçilməsi və ayırd edilməsi texnikalarını tətbiq ediblər. Zooarxeologiya bölməsində isə sümüklərin identifikasiyası, morfoloji xüsusiyyətlərinin təhlili, ölçülməsi, yaş və cinsin müəyyən edilməsi, patologiya və kəsik izlərinin tanınması kimi mövzular üzrə praktik bacarıqlar qazanıblar.

Proqram çərçivəsində iştirakçılar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Ak-Beşim orta əsr şəhər yerində aparılan qazıntı sahəsinə səfər edərək burada aparılan araşdırmalarla yerində tanış olublar. Bundan əlavə, Burana tarixi kompleksi və muzeyinə, eləcə də Qırğızıstan Milli Muzeyinə ziyarət təşkil edilib.

Təlimin sonunda bütün iştirakçılar sertifikatla təltif olunublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031