azturkxeber.az
http://azturkxeber.az

Bakı Metropoliteni "Qarabağ"ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

11-08-2025

AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni avqustun 12-də "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqası matçına görə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bakı Metropoliteninin paytaxtda keçirilən kütləvi-mədəni tədbirlərlə əlaqəli müvafiq əməliyyat planına uyğun olaraq, oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.

Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik", həmçinin "28 May" və "Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək.

Sərnişinlərin rahat daşınması, arena istiqamətində səmti düzgün müəyyən etməsi və oyun yekunlaşdıqdan sonra mənzil başına rahat çatmaları üçün əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək.

Qatarlar yay qrafikinə uyğun hərəkətini davam etdirəcək. Ehtiyac yaransa, əlavə qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031