azturkxeber.az
http://azturkxeber.az

AMEA Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasından tam üzvlük statusu alıb

07-08-2025

AMEA Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasından tam üzvlük statusu alıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) beynəlxalq elmi əməkdaşlığını genişləndirməkdə davam edir. Son üç il ərzində ilk dəfə olaraq bir sıra nüfuzlu beynəlxalq təşkilatlara – Beynəlxalq Elmi Şura (ISC) və Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası (AASSA) kimi qurumlara səsvermə hüququ ilə tam üzv qəbul edilən AMEA bu istiqamətdə növbəti uğura imza atıb.

Akademiyada verilən məlumata görə, AMEA Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının (IAP) ilkin (müvəqqəti) üzvlük statusundan tam üzvlüyə yüksəlib. Bu addım, akademiyanın qlobal elmi proseslərdə iştirakını gücləndirir, alimlərimizə beynəlxalq səviyyədə bərabər hüquqlarla çıxış imkanı verir və dünya elminə daha səmərəli inteqrasiyanı təmin edir.

Bununla bağlı IAP-ın prezidentləri Masresha Fetene və Margaret A. Hamburq tərəfindən AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə rəsmi məktub ünvanlanıb. Məktubda bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının IAP-in Baş Assambleyası tərəfindən tam üzv statusuna keçidi təsdiq olunub. AMEA-nın tam üzvlüyü artıq qüvvəyə minib və bu barədə məlumat IAP-nin rəsmi saytında əks olunacaq.

Həmçinin məktubda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2025-ci ilin dekabr ayında Misirin Qahirə şəhərində keçiriləcək IAP Konfransı və Baş Assambleyasında iştirak etməyə dəvət olunub. Bildirilib ki, bu tədbir üzv akademiyalar arasında tanışlıq, təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün unikal platformadır. Tədbirlə bağlı ətraflı məlumat tezliklə paylaşılacaq. AMEA prezidenti akademik İsa Həbibbəyli tam üzv kimi aşağıdakı istiqamətlərdə iştirak etməyə dəvət olunub:

– Regional və qlobal proqramlarda iştirak;

– IAP işçi qruplarına ekspert namizədlərinin təqdim olunması;

– Bəyanat və məsləhətləşmələrə töhfələr verilməsi;

– Kommunikasiya və potensialın artırılması təşəbbüslərinə qoşulma;

– Ümumi prioritetlərin müəyyən olunmasında iştirak.

Qeyd edək ki, AMEA-nın beynəlxalq nüfuzu artmaqda davam edir. Bu yaxınlarda mərkəzi Yunanıstanın paytaxtı Afinada yerləşən Beynəlxalq Platon Akademiyası da AMEA-nın üzvlük müraciətinə müsbət yanaşaraq akademik İsa Həbibbəylini müvafiq məktubla məlumatlandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031