Xızıda qəza nəticəsində bir nəfər ölüb

Məlumata,görə, hadisə Xızı-Giləzi avtomobil yolunda baş verib.
Belə ki, Rəfail Bünyatovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə Cəbrayıl Heydərovun idarə etdiyi “Changan Qiyuan Q05” markalı avtomobil toqquşub. Nəticədə sonuncunun avtomobilində olan sərnişin Zərqələm Əsədova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: