Siyasi Düşüklük və Xalqı Aldatma Cəhdi: Radikal müxalifətin gerçək üzü -KAMİLƏ ƏLİYEVA
Radikal müxalifət internet kanallarında demək olar ki, hər gün sözün əsl mənasında siyasi düşüklüklə məşğul olur. Belə ki, özlərini xalqa "uzaqgörən, ağıllı" insanlar kimi nümayiş etmək istəyirlər və sanki bir-biri ilə yarışa girirlər.
Regionda, ölkəmizdə və ümumiyyətlə dünyada gedən prosesləri analiz edir və bütün baş verən hadisələri guya əvvəldən söylədiklərini vurğulayırlar. Bu üzdəniraqlar hər zaman manipulyasiya ilə məşğul olublar, özlərini gülünc vəziyyətə salıblar.
Özlərini demokrat, təəssübkeş
adlandıran bu məxluqlar çoxdandır vətən xainləri olduqlarını sübut ediblər. Dövlətimizə, xalqımıza düşmən şəxslərə, qüvvələrə məxsus internet kanallarında ağalarından aldıqları qrantlara görə dövlətimizi, xalqımızı təhqir etməkdən belə çəkinmirlər.
Əli Kərimli hər gün kompyuter qabağında əyləşərək insanlara özünün "böyük siyasətçi" olması, eləcə də baş verən hadisələrə öz prizmasından yanaşması, guya hər bir hadisənin gələcəkdə necə baş verəcəyini vurğulayır və özünəməxsus formada ifadə edir. 30 ildir eyni formada çıxış edən Əli Kərimli və onun silahdaşları ancaq qarayaxma, qərəz və böhtanla məşğuldur. Hər çıxışında "mən bilirdim, demişdim belə olacaq" deyən Əli Kərimli görəsən hakimiyyətdə olduğu zaman şəhər və kəndlərimizin işğal olunacağı haqda öz uzaqgörənliyini niyə nümayiş etdirmirdi?
Bu gün Avropada və Amerikada Əli Kərimli tələbələri hər gün internet kanallarına çıxaraq sanki Nostradamusun, Vanqanın davamçısı onlar olduqlarını, dünyada baş verə biləcək siyasi prosesləri əzəldən bildiklərini vurğulayırlar. Radikal düşüncəli bu "analitiklərin", siyasi düşüklərin dedikləri, söylədikləri ağıldan kəm, şizofreniya xəstəliyindən əziyyət çəkən insanların düşüncələri ilə eynilik təşkil edir. Güman etmirəm ki, radikallar nə vaxtsa bu xəstəlikdən sağalacaq, çünki atalar demişkən qozbeli qəbir də düzəltməz.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor