azturkxeber.az
http://azturkxeber.az

“Medvedev özünü hələ də prezident hesab edir" - Tramp

31-07-2025

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sözlərinə diqqət yetirməlidir.

aztukxeber.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

ABŞ lideri "Truth" sosial şəbəkəsindəki son paylaşımlarının birində qeyd edib: "Hindistanın Rusiyaya nə edəcəyi məni maraqlandırmır. Onların hər ikisi öz ölmüş iqtisadiyyatlarını məhv edə bilər, bu, məni maraqlandırmır. Bizim Hindistanla çox az əməkdaşlığımız var, onların tarifləri həddən artıq yüksəkdir, demək olar ki, dünyada ən yüksəkdir. Həmçinin ABŞ-nin Rusiya ilə demək olar ki, ortaq işi yoxdur.

Gəlin bunu olduğu kimi buraxaq və Rusiyanın uğursuz keçmiş prezidenti Medvedevə deyək ki, sözlərinə diqqət etsin. O, hələ də özünü prezident hesab edir".

ABŞ prezidenti bununla Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin Trampın Moskvaya ultimatumlar təqdim etmək cəhdlərinin Ukrayna ilə münaqişənin kəskinləşməsinə deyil, ABŞ ilə birbaşa toqquşmasına gətirib çıxara biləcək təhdid olması barədə bəyanatına cavab verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031