Kəlbəcərdə zəlzələ olub

Daşkəsən stansiyasından 31 km cənub-qərbdə Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, yerli vaxtla saa 00:13-də qeydə alınan zəlzələnin maqnitudası 3 olub.
Zəlzələ ocağı Yerin 10 km dərinliyində yerləşib. Zəlzələ hiss olunmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: