azturkxeber.az
http://azturkxeber.az

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

31-07-2025

30 iyul Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günüdür.

Bu münasibətlə Bakıda rəsmi qəbul təşkil olunub.

Mərasimdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, ölkəmizdəki diplomatik korpusun nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirilib.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxış edərək ölkəsinin son illərdəki inkişaf yolundan danışıb.

Diplomat çıxışında həmçinin Mərakeşlə Azərbaycan arasında münasibətlərin hazırki vəziyyətindən məmnunluğunu bildirib. Qeyd edib ki, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri ildən-ilə inkişaf edir, dərinləşir.

Mərasimdə Azərbaycan Hökuməti adından çıxış edən mədəniyyət naziri Adil Kərimli dost ölkənin milli bayramı münasibətilə təbriklərini çatdırıb.

Qeyd olunub ki, bu gün ölkələrimiz siyasi dialoqla yanaşı, iqtisadi, mədəni və humanitar sahələrdə də uğurla əməkdaşlıq edir. İki ölkə rəhbərlərinin siyasi iradəsi və səmimi dostluq münasibətləri Azərbaycan-Mərakeş əlaqələrinin hərtərəfli inkişafında mühüm rol oynayır.

Çıxışlardan sonra mərasim ziyafətlə davam edib, bədii proqram təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031