Kamçatkada zəlzələnin yaratdığı güclü sunami dalğası üç balinanı sahilə atıb
Rusiyanın Kamçatka bölgəsində iyulun 30-da səhər saatlarında baş vermiş 8,7 maqnitudalı zəlzələ Sakit okeanın Yaponiya sahillərində güclü sunami dalğalarına səbəb olub.
Sunami dalğaları Yaponiyanın Tiba prefekturasında yerləşən Tateyama şəhərinin yaxınlığında üç balinanı sahilə atıb.
Yaponiyadakı təbii fəlakətlərin tədqiqi üzrə Beynəlxalq Elmi-Tədqiqat İnstitutunun professoru İmamura Fumişiko jurnalistlərə müsahibəsində qeyd edib ki, güclü zəlzələdən sonra Yaponiya hündürlüyü üç metrə yaxın olan sunami dalğaları ilə üzləşə bilər.