Təqribən 100 azərbaycanlı gənc Şimali Kiprdə təqaüdlə ali təhsil alacaq
Azərbaycandan 100-ə yaxın gənc Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) universitetlərində təqaüdlə təhsil almaq imkanına malik olacaq.
Bu barədə Şimali Kiprin Milli Təhsil Nazirliyinin nazir Nazım Çavuşoğlunun Bakıya səfərinin yekunlarına dair məlumatına istinadla xəbər verir.
Mətbuat xidməti qeyd edib ki, ŞKTC nümayəndə heyəti səfər çərçivəsində Şimali Kipr ali məktəblərinin məzunları ilə də görüşüb. Milli təhsil naziri onlara Azərbaycandan olan tələbələrə təqaüd verilməsi üçün ayrılacaq kvotalarla bağlı planlar barədə məlumat verib.
“Azərbaycanın 25 vətəndaşı Şərqi Aralıq dənizi Universitetində, 25 nəfər Lefkoşadakı Avropa Universitetində təqaüdlə təhsil ala biləcək və ən azı iyirmi nəfərin təhsil xərcləri Milli Təhsil Nazirliyi tərəfindən qarşılanacaq. Ümumilikdə, söhbət yüzə yaxın Azərbaycan vətəndaşından gedir”, -deyə nazirliyin məlumatında bildirilir.