Sardiniya adasında meşə yanğını başlayıb, 200 nəfər təxliyə edilib
İtaliyanın Sardiniya adasındakı Villasimius çimərliyi ətrafında meşə yanğını baş verib.
Güclü küləyin təsiri ilə alov tez bir zamanda geniş əraziyə və iaşə obyektlərinə yayılıb. Əraziyə mülki müdafiə qüvvələri cəlb edilib.
Yanğın başlayarkən sahildə təxminən 600 nəfər olub, onlardan 200-ü patrul və fərdi qayıqlar vasitəsilə təxliyə edilib. Kalyari Liman İdarəsi dəniz xilasetmə əməliyyatları üçün səfərbər olunub. Əməliyyatlarda helikopterlər də iştirak edib.
Çimərlik ətrafındakı dayanacaqda onlarla avtomobil yanıb.