azturkxeber.az
http://azturkxeber.az

Qız qalası meydanında “Vyetnam günləri” çərçivəsində xüsusi mədəni-əyləncəli proqram təşkil olunub

28-07-2025

İyulun 25-dən etibarən Azərbaycanda “Vyetnam günləri” keçirilir. Bu münasibətlə iyulun 27-də İçərişəhərin simvolu olan Qız qalası meydanında xüsusi mədəni-əyləncəli proqram təşkil olunub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhərin yalnız memarlıq və tarixi abidələrdən ibarət olmadığını, burada minilliyin yaddaşı və xalqların ruhunun yaşadığını deyib. Onun sözlərinə görə, Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşan həmin tədbir iki qədim Şərq mədəniyyətini bir araya gətirib.

Daha sonra çıxış edən Vyetnam nümayəndə heyətinin rəhbəri, Hanoy Ticarət və Turizm Kollecinin rektoru Trinh Thi Thu Ha, nümayəndə heyətinin üzvü, Vyetnamın yaradıcı və ilhamverici mərkəzi "Le Cerne"nin direktoru Le Nguyen Thien Nga bildirib ki, bu tədbir yalnız gözəl sənət nümunələrindən zövq almaq üçün deyil, həm də iki zəngin və qədim mədəniyyət Azərbaycan və Vyetnam arasında dostluq və əməkdaşlıq körpüsünün daha da möhkəmləndirilməsi məqsədilə keçirilir.

Çıxış edənlər yaxın zamanlarda Vyetnamda “Azərbaycan günləri”nin keçiriləcəyinə ümidvar olduqlarını diqqətə çatdırıb, tədbir iştirakçılarını bu gündən zövq almağa səsləyiblər.

Qeyd edək ki, tədbir çərçivəsində, meydanda Vyetnam musiqisinin müşayiəti ilə rəssamlıq əsərləri sərgilənib, zəriflik və ənənənin təcəssümü sayılan milli qadın geyimi Ao zai nümayiş olunub. Eyni zamanda, qonaqlar üçün əl işlərinin satış-sərgisi də təşkil edilib.

Qeyd edək ki, “Vyetnam günləri” Bakıda və Hanoyda baş tutan qarşılıqlı dostluq tədbirlərinin davamı olaraq xalqlarımız arasında mədəni əməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031