azturkxeber.az
http://azturkxeber.az

Növbəti könüllü qəbulu elan edilir

28-07-2025

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti dəfə “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllü qəbulunu elan edir.

Proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə edərək, peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq və ölkədə könüllülük hərəkatının inkişafına töhfə verməkdir.

Ailəm könüllüləri” proqramında:

− 16-29 yaşlı;

− Ali təhsilli (hazırda təhsilini davam edənlər də daxil olmaqla);

− İntizamlı;

− Təşkilatçılıq bacarığı olan;

− Kollektivdə işləmək bacarığına sahib;

− Operativ;

− Kompüter və xarici dil bilikləri olan;

− Təşəbbüskar gənclər iştirak edə bilər.

Proqram həftədə 3 dəfə, 2 saat olmaqla, 3 ay davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa vuranlar Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar.

Könüllülük proqramı Komitədə, eyni zamanda 11 Uşaq və Ailələrə Dəstək Mərkəzində (Bakının Xəzər rayonu, Goranboy, Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab rayonları) keçiriləcək.

Müraciət üçün son tarix: 11 avqust 2025-ci il.

Qeydiyyat linki

Əlaqə: +99451 230 45 78

E-poçt: scfwcavolunteers@gmail.com

“Komitəsində könüllü fəaliyyətin təşkili haqqında” Qaydalar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031