

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, tədbirlərlə 26 yaşlı Məhəmməd Şıxəliyev və Natiq Xəlilov saxlanılıblar. Onlardan 20 kiloqram marixuana və 1990 ədəd narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə gəldikləri avtomobili orada qoyaraq çətin relyefli ərazidə gizli yolla qaçmağa çalışan narkoşəbəkənin digər üzvləri - 24 yaşlı Vurğun Qasımlı, 30 yaşlı Rəşid Ağazadə, 31 yaşlı Emin Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıblar. Keçirilən baxış zamanı həmin şəxslərin ərazidə qoyaraq uzaqlaşdığı avtomobildən də marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla narkoşəbəkə üzvlərinin İran vətəndaşından əldə etdikləri narkotik vasitə və həbləri satışının təşkil olunmasından ötrü maddi qazanc qarşılığında paytaxt ərazisinə gətirməyə razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, M.Şıxəliyev, N.Xəlilov, V.Qasımlı, R.Ağazadə və E. Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Cari ilin yanvar ayında 19 milyon 430 min AZN dəyərində narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib