Şəhər sakinləri və qonaqlar Vyetnam mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər
Bakıda "Vyetnam günləri" layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir. həmin tədbirlərdən biri iyulun 27-də İçərişəhərdə təşkil olunUub. Tədbir zamanı iştirakçılara Vyetnamın milli geyimləri, mətbəxi, kofe, çay, təsviri incəsənət mədəniyyəti təqdim edilib.
Bunu AZƏRTAC-a müsahibəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zinyət Brumendfard deyib.
"İyulun 30-dək davam edəcək layihənin hər günü fərqli ərazilərdə müxtəlif tədbirlərlə yadda qalır. İyulun 27-də İçərişəhərdə şəhər sakinləri və qonaqları səhər 10-dan axşam 9-a kimi Vyetnam mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər", - deyə Z.Brumendfard bildirib.