azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə naziri Ağsu şəhərində vətəndaşları qəbul edəcək

28-07-2025

Ədliyyə naziri Fərid Əhmədov 8 avqust 2025-ci il tarixində Ağsu şəhərində Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay və Kürdəmir rayon sakinlərini qəbul edəcək.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 7 avqust tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Göyçay regional ədliyyə idarəsinə (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 30, əlaqə telefonu: +994 020-274-13-10; +994 020-274-30-41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031