azturkxeber.az
http://azturkxeber.az

AzMİU-nun biznes inkubatoru beynəlxalq sertifikatla təltif edilib

28-07-2025

AzMİU-nun biznes inkubatoru beynəlxalq sertifikatla təltif edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İnnovativ Biznes İnkubator Mərkəzi Global Innovation Institute (GINI) tərəfindən akkreditə olunmuş biznes inkubator statusu alaraq rəsmi beynəlxalq sertifikatla təltif edilib.

Bu barədə AzMİU-dan bildirilib. Qeyd olunub ki, bu nailiyyət AzMİU-nun innovasiya, sahibkarlıq və startup ekosisteminin inkişafına verdiyi davamlı dəstəyin və sistemli fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Sertifikat tələbələrin innovativ ideyalarının stimullaşdırılması startapların inkişafı üçün effektiv mühitin yaradılması, akademik biliklərin real bazar ehtiyacları ilə inteqrasiyası, beynəlxalq əməkdaşlıqlar üçün yeni imkanların açılması istiqamətləri üzrə mühüm irəliləyişlərin nəticəsidir

Sertifikasiya prosesi çərçivəsində həyata keçirilən audit və akkreditasiya mərhələlərində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və “Code Academy” komandası tərəfindən göstərilən texniki və metodoloji dəstək əhəmiyyətli rol oynayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031