azturkxeber.az
http://azturkxeber.az

Avropa birinciliyində 22 medal qazanan Azərbaycan yığması komanda hesabında ikinci olub, yeni rekordlar vurub

28-07-2025

Avropa birinciliyində 22 medal qazanan Azərbaycan yığması komanda hesabında ikinci olub, yeni rekordlar vurub

Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi başa çatıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan millisi yarışı 3 qızıl, 10 gümüş və 9 bürünc medalla bitirib.

Komandanın heyətində Abbasəli Məmmədli (48 kiloqram) finalda ermənistanlı Davit Dunyamalyanla qarşılaşıb. Boksçumuz rəqibini 4:1 (27:30, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib.

Nurlan Müseyibli (66 kiloqram) həlledici görüşdə rusiyalı Albert Fedotenkova 4:1 (29:28, 30:27, 30:27, 29:28, 27:30), Zirəddin Rüstəmli (70 kiloqram) serbiyalı Draqan Todoroviçə tam üstünlüklə qalib gələrək qitənin ən güclüsü adına sahib olub.

Digər boksçularımızdan Nəsrin Abdullazadə (38 kiloqram), Tunca Mürşüdova (42 kiloqram), Fatimə Məmmədli (44 kiloqram), Kəmalə Həsənova (54 kiloqram), Babək Abdullayev (40 kiloqram), Məhəmməd Kazımzadə (42 kiloqram), Nuran Yusibli (46 kiloqram), Elcan Musazadə (50 kiloqram), Sabir Rüstəmov (57 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram) gümüş, Aysan Miriyeva (46 kiloqram), Emiliya Beydullayeva (57 kiloqram), Xumar Cəfərli (70 kilqoram), Sahib Baxışlı (44 kiloqram), Məhəmməd Əli (52 kiloqram), Fərhad Quliyev (54 kiloqram), Amid Ələkbərov (60 kiloqram), Mehran Rəsulov (80 kiloqram) və Ərdəm Təkin (90 kiloqram) isə bürünc medal qazanıblar.

Yığma bu göstərici ilə komanda hesabında Avropa ikincisi olub. Birinci yeri Rusiya tutub (20-3-4).

3 qızıl, 10 gümüş və 9 bürünc mükafat qazanan millimiz qitə birinciliklərində rekordlarını da yeniləyib. Komandamız Zlatiborda həm mükafatların əyarına, həm də sayına görə indiyədək olan nəticələrini geridə qoyub. Bunadək boksçularımız analoji yarışlarda bu qədər qızıl, gümüş və bürünc medala yiyələnməyib.

Qeyd edək ki, milli indiyədək 2011-ci ildə Qroznıda və 2024-cü ildə Banya Lukada 9 medal qazanıb. Ən yaxşı halda isə 2 boksçumuz Avropa çempionu tituluna sahib olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031