azturkxeber.az
http://azturkxeber.az

“Araz Su Elektrik Stansiyası”nın yaxınlığında meyit aşkarlanıb

28-07-2025

“Araz Su Elektrik Stansiyası”nın yaxınlığında meyit aşkarlanıb

Naxçıvan şəhər sakini, Babək Rayon Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin mexanik-çilingəri, 1967-ci il təvəllüdlü Şahsuvar Qasım oğlu Suvarovun meyitinin suda - “Araz Su Elektrik Stansiyası” yaxınlığında olması barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupunun dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.

Hadisə yerinə baxış keçirilib, həmin şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031