ABŞ Dövlət Departamentinin əməkdaşları Kamboca-Tailand danışıqlarında iştirak edirlər
ABŞ Dövlət Departamentinin nümayəndələri Kamboca və Tailand arasında Malayziyada keçiriləcək atəşkəsin əldə olunmasına dair yüksək səviyyəli danışıqlarda iştirak edəcək. Bu barədə dövlət katibo Marko Rubionun bəyanatında deyilir. O bildirib ki, qurumun rəsmiləri sülh səylərinə dəstək vermək üçün Malaziyadadırlar.
“Həm prezident Tramp, həm də mən hər iki ölkədəki həmkarlarımızla əlaqə saxlayırıq və vəziyyəti çox diqqətlə izləyirik. Biz bu münaqişənin tez bir zamanda bitməsini istəyirik”,- deyə Rubio əlavə edib.