azturkxeber.az
http://azturkxeber.az

Hakan Fidan: Rusiya-Ukrayna liderlərinin görüşünün vaxtı və formatı ilə bağlı danışıqlar davam edir

27-07-2025

Hakan Fidan: Rusiya-Ukrayna liderlərinin görüşünün vaxtı və formatı ilə bağlı danışıqlar davam edir

“Ötən günlərdə üçüncü raundunu tamamladığımız Rusiya-Ukrayna danışıqlarının əsas gündəm maddələrindən biri də liderlərin bir araya gətirilməsi idi. Bu günə qədər danışıqlar humanitar, atəşkəs və liderlərin görüşü olmaqla 3 əsas istiqamətdə aparılır. Hər görüşdə daha çox əsirin, yaralının və məhkumun dəyişdirilməsi ilə bağlı razılığa gəlinir. Hazırda liderlərin görüşünün vaxtı və formatı ilə bağlı danışıqlar davam edir”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Balkan Sülh Platformunun birinci toplantısından sonra mətbuata açıqlamasında bildirib.

Balkan Sülh Platformunun iclası haqqında danışan nazir bildirib ki, toplantıda ölkələrin Avropa İttifaqına üzvlük prosesi, ortaq maraq doğuran əməkdaşlıqlar istiqamətində atılacaqlar addımlar müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031