azturkxeber.az
http://azturkxeber.az

Bakıda keçirilən “Dream FEST 2025” Beynəlxalq Musiqi Festivalı başa çatıb

27-07-2025

“Dream FEST 2025” Beynəlxalq Musiqi Festivalı başa çatıb. Dörd gün ərzində “Sea Breeze” istirahət mərkəzi unudulmaz musiqi hadisələrinin mərkəzinə çevrildi. Festivalın sonuncu günü möhtəşəm konsert proqramı olub.

Final gecəsi əvvəlki üç gün kimi rəmzi qırmızı xalça üzərindən ifaçıların təntənəli keçidi ilə başlayıb.

“Dream FEST” səhnəsində dünya şöhrətli ifaçılar Tyga, Jah Khalib, CEZA, Alizade, Eva Simons və əlbəttə ki, festivalın əsas ilhamvericisi Emin çıxış ediblər. Onların çıxışları tamaşaçılarda böyük coşqu yaradıb, izləyicilər hər bir mahnıya böyük həvəslə qoşulublar.

Festival çərçivəsində iştirakçılar 50-dən çox xarici ifaçının superhitlərindən və eyni zamanda məşhur azərbaycanlı musiqiçilərin çıxışlarından zövq alıblar.

Qeyd edək ki, dörd gün davam edən bu möhtəşəm musiqi bayramı təkcə zəngin ifaçı heyəti və musiqi proqramı ilə deyil, Xəzər sahilindəki unikal atmosferi, həmçinin gecə səmasında baş tutmuş rəngarəng atəşfəşanlığı ilə də tamaşaçıların yaddaşında dərin iz buraxdı.

Festival konsertlərinin aparıcısı Azərbaycanın Xalq artisti Murad Dadaşov və televiziya aparıcısı Hüsniyyə Məhərrəmova olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031