azturkxeber.az
http://azturkxeber.az

Türkiyənin yerli mesajlaşma tətbiqi istifadəyə veriləcək

26-07-2025

Türkiyənin yerli mesajlaşma tətbiqi istifadəyə veriləcək

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar “NEXT Teknofest Sosyal” sosial media hesabında etdiyi paylaşımda Türkiyənin yerli mesajlaşma tətbiqinin istifadəyə veriləcəyini bildirib.

Qısa müddət əvvəl istifadəyə verilən Türkiyənin yerli sosial media tətbiqi “NEXT Teknofest Sosyal” istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.

Platforma, “App Store”un “Sosial Şəbəkə (Social Networking)” kateqoriyasında populyar pulsuz tətbiqlər siyahısında birinci yerə yüksəlib. İstifadəçilərin son dövrlərdəki marağını əks etdirən sıralamaya görə, “NEXT Teknofest Sosyal”dan sonra ikinci yerdə “Telegram”, üçüncü yerdə isə “Facebook” qərarlaşıb.

Tətbiqə olan böyük maraq davam edərkən, bir istifadəçinin “Abi, bizə WhatsApp düzəlt” mesajını sitat gətirən Bayraktar “O da hazırdır, hətta istifadə edirik… yaxındır…”-deyə cavab verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031