azturkxeber.az
http://azturkxeber.az

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

26-07-2025

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

İyulun 25-də SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda öncə SOCAR-ın 2024-cü il üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə olunub, Müşahidə Şurasının son əyani iclasında baxılan bir sıra məsələlərə dair məlumatlar təqdim edilib.

SOCAR-ın 2025-ci ilin tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi müzakirə olunaraq təsdiq edilib, habelə şirkətin 2025-ci ilin 6 aylıq dövrü üzrə fəaliyyətinin nəticələrinə baxılıb.

İclasda, həmçinin SOCAR tərəfindən icrası nəzərdə tutulan bir sıra layihələrlə bağlı məlumatlar təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031