azturkxeber.az
http://azturkxeber.az

Salyanda oğurluqlar edən rayon sakini saxlanılıb

26-07-2025

Salyanda oğurluqlar edən rayon sakini saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində fərdi təsərrüfatlardan oğurluqlar edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş İsmayıl Səfərov saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı saxlanılan şəxsin 2 fərqli təsərrüfatdan 8 baş xırdabuynuzlu heyvan və 10-dan artıq ev quşu oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031