azturkxeber.az
http://azturkxeber.az

Qəbələ festivalında Bakı Musiqi Akademiyasının tələbələri çıxış ediblər

26-07-2025

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı üçüncü gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

Festival çərçivəsində iyulun 26-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Kamera musiqisi axşamında musiqisevərlər qarşısında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsertin əvvəlində Xalq artisti, professor Zəhra Quliyeva çıxış edərək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qazandığı uğurlardan danışıb. Qeyd olunub ki, Bakı Musiqi Akademiyası ali musiqi təhsili ocaqlarının önündə gedərək, bu gün öz yetirmələrinin sədalarını dünyanın müxtəlif guşələrindən alır. Şərqdə ilk ali musiqi təhsili ocağı olan Bakl Musiqi Akademiyası milli mədəniyyətimizin səhifələrinə önəmli yazılar, adlar qoyub. Məhz bu parlaq adlar milli musiqi mədəniyyətimizi bu gün bütün dünyada tanıdır.

Akademiyanın tələbələrindən Aysun Mahmudzadə (soprano), Əli Hüseynli (piano), Özcan Cabbari (violin), Rüfət Məmmədov (zərb alətləti), Zərrin Əliyeva (piano), Cəlalə İsmayılzadə (violençel), Rəşad Abdullayev (fleyta), Qəmər Kərimli (violin), Anar Məmmədov (zərb alətləri), İlkin Məmmədov (saksafon) və Hidayət Sadıqbəylinin (piano) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Firəngiz Əlizadə, H.Rzayev, E.Afrasiyab, həmçinin E.Qriq, A.Fişer, J.İber, P.Sarasate, S.Raxmaninov və digər bəstəkarların, Bakı Musiqi Akademiyasının tələbələrinin əsərləri səsləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031