İtaliyada meşə yanğınları ilə mübarizə aparılır
İtaliyanın Siciliya adasında meşə yanğınları ilə mübarizə davam edir.
Adanın qərbindəki Trapani və Palermo şəhərləri arasında, eyni zamanda, şərq hissəsində, Mineo və Kataniya şəhərlərinin ətrafında müxtəlif yerlərdə çoxsaylı meşə yanğınları baş verib. Həftənin əvvəlindən isə Palermo şəhəri ətrafında 50-dən çox yanğın baş verib.
Güclü külək nəticəsində alov bəzi ərazilərdə tikililərə keçib, magistral yollara yaxınlaşıb. Partiniko bölgəsində ehtiyat tədbiri olaraq 30-dək ev təxliyə edilib.
Bundan başqa, Sardiniya adasının cənubunda meşə yanğınları baş verib.